16 noyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması ilə bağlı sərəncamına uyğun olaraq ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya Qaraçay qəsəbə tam orta məktəbin ərazisində baş tutmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Quba rayon təşkilatının sədri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil Sektorunun müdiri, müxtəlif qurum və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Bu aksiya ətraf mühitin qorunması, yaşıllıqların artırılması və gələcək nəsillər üçün sağlam təbiət yaratmaq məqsədini daşıyır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #Yaşıldünya